“Beşiktaş” və “Fənərbağça” derbisində qalib müəyyənləşməyib 

23:32 19.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 19-da futbol üzrə Türkiyə çempionatının XVII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça" doğma meydanda "Beşiktaş”ı qəbul edib.

Hafta.az xəbər verir ki, gərgin keçən görüşdə hesabı 14-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Mesut Özil açıb. Lakin 11 dəqiqə sonra qonaqların yarımmüdafiəçisi Yosef de Souza vurduğu qolla hesabı bərabərləşdirib. Oyunun 30-cu dəqiqəsində "Fənərbağça"nın hücumçusu Mergim Berişa komandasını hesabda irəli çıxarıb. İkinci hissənin 59-cu dəqiqəsində Yosef de Souza yenidən hesaba tarazlıq gətirib.

Oyun 2:2 hesabı ilə başa çatıb.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 42 xalla "Trabzonspor" başçılıq edir. Ondan 9 xal geri qalan "Konyaspor" ikinci, sonuncudan dörd xal geri qalan "Başakşəhər" isə üçüncü pillələrdə qərarlaşıblar.